Bütün xəbərlər
Azərbaycanda üç nadir beta-talassimik mutasiya aşkar edilib
Tarix: 09-03-2019 18:04 | Bölmə: Karusel

                                 

Tibb sahəsində B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya İnstitutunda talassemiyanın molekulyar əsaslarının tədqiqi nəticəsində Azərbaycanda ilk dəfə rast gəlinən üç nadir beta-talassimik mutasiya aşkar edilib.
“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.
Sənəddə həmçinin Zaqafqaziyada ilk dəfə olaraq alfa-talassemiyanın genotiplərinin müəyyən edildiyi bildirilib.
Qeyd edək ki, hökumətin hesabatı Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.  



Baxış sayı: 384


Bölməyə aid digər xəbərlər