Bütün xəbərlər
Avtobus və "Kamaz"ın toqquşması nəticəsində 11 nəfər xəsarət alıb
Tarix: 18-03-2025 13:25 | Bölmə: Karusel

Martın 18-də, gündüz (yerli vaxtla) Yakutskda yol ayrıclarından birində avtobus və “Kamaz” markalı yük maşını toqquşub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə yerində Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir. Təcili yardımın həkimləri qəzada iştirak edən şəxsləri müayinə edib.
Respublika Səhiyyə Nazirliyinin məlumatına görə, dördü uşaq olmaqla 11 nəfər xəsarət alıb.Onların hamısı tibb müəssisələrinə aparılıb və onlara lazımi köməklik göstərilir.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər