Bütün xəbərlər
Məktəbli sinif yoldaşını dərs zamanı bıçaqlayıb
Tarix: 18-03-2025 10:37 | Bölmə: Karusel

Kemerovo vilayətində Yurqa şəhərində məktəbdə yeniyetmənin bıçaqlanması ilə bağlı cinayət işi açılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yeniyetmələr arasında uzun müddətdir ki, münaqişə olub.
Məktəb rəhbərliyi və yetkinlik yaşına çatmayanlarla iş üzrə mütəxəssislər lazımi tədbirlər görməyib, hadisəni ört-basdır etməyə çalışıblar. Bu barədə Rusiya Federasiyasının Kuzbass üzrə İstintaq Komitəsi öz Telegram kanalında məlumat yayıb.
Müstəntiqlər müəyyən ediblər ki, münaqişə uzun müddətdir davam edir və zərərçəkmiş dəfələrlə təhdidlərə məruz qalıb.
İlkin araşdırmanın nəticələrinə əsasən, səhlənkarlığa görə cinayət işinin başlanması barədə qərar qəbul edilib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər