Bütün xəbərlər
Naxçıvan şəhər Ticarət və Xidmət Departamenti yaradılıb
Tarix: 09-03-2019 18:00 | Bölmə: Karusel

                                 

Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində “Naxçıvan şəhər Ticarət və Xidmət Departamenti” publik hüquqi şəxsi yaradılıb.
"Report"un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 9-da bununla bağlı sərəncam imzalayıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə publik hüquqi şəxsin nizamnaməsini təsdiq etmək və sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.



Baxış sayı: 727


Bölməyə aid digər xəbərlər