Bütün xəbərlər
ABŞ səfirliyinin əməkdaşı Rusiyada saxlanılıb
Tarix: 09-03-2019 17:39 | Bölmə: Karusel

                                  


ABŞ-ın Rusiyadakı səfirliyinin əməkdaşı Moskvanın “Şeremetevo” hava limanından partlayıcı qurğu keçirməyə cəhd edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 
Bildirilib ki, həmin əməkdaşın hərəkətləri təxribat cəhdi kimi qiymətləndirilməlidir.
Nazirlikdən ABŞ səfirliyini xəbərdar etdiklərini, hadisə ilə bağlı izahat gözlədiklərini də qeyd ediblər.



Baxış sayı: 353


Bölməyə aid digər xəbərlər