Bütün xəbərlər
Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bargileviçi vəzifəsindən azad edib
Tarix: 16-03-2025 20:13 | Bölmə: Karusel

Kiyev rejiminin başçısı Vladimir Zelenski Anatoli Bargileviçi Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, onu Baş Qərargah rəisinin müavini Andrey Qnatov əvəzləyib.
"Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Anatoli Bargileviçi tutduğu vəzifədən azad edib", - Ukrayna mətbuatı yazır.
Jurnalistlər əlavə edirlər ki, Bargileviç Müdafiə Nazirliyinin baş inspektoru vəzifəsinə keçəcək. Onun işdən çıxarılmasının səbəbi açıqlanmayıb.
Bundan əvvəl Zelenski Qnatovu Ukrayna Silahlı Qüvvələrinin birləşmiş qüvvələrinin komandanı vəzifəsindən uzaqlaşdırıb.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər