Bazar ertəsi, 17 mart 2025, 03:03:21  
Son xəbərlər:
Bütün xəbərlər
"Qara delfin"də iki məhbus eyni vaxtda intihara cəhd edib
Tarix: 16-03-2025 17:22 | Bölmə: Karusel

“Qara delfin” xüsusi rejimli koloniyasında iki məhbus intihara cəhd edib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hazırda hər ikisi reanimasiyadadır.
SHOT-un məlumatına görə, onlardan biri mütəşəkkil cinayətkar qrupun tərkibində sifarişli qətllərin təşkilində təqsirli bilinən Çeboksarıdan olan keçmiş futbolçu, 65 yaşlı Sergey Semenovdur. İkinci məhbus Nijni Novqorodda bir nəfəri amansızlıqla qətlə yetirməkdə və parçalamaqda təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmiş 42 yaşlı Əkrəm Nuritdinovdur.
Mühafizəçilər hər iki məhbusu vaxtında taparaq onlara köməklik göstəriblər. Onlar hazırda reanimasiyadadırlar.
Eyni vaxtda intihara cəhdin səbəbləri araşdırılır.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər