Bütün xəbərlər
Ramil Şeydayev Rusiya Premyer Liqasında oyuna girdikdən bir dəqiqə sonra qol vurub
Tarix: 09-03-2019 17:36 | Bölmə: Karusel

                                   

 Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" komandası Rusiyanın Premyer Liqasında növbəti oyununu keçirib.
"Report" xəbər verir ki, Samara təmsilçisi XIX turda evdə "Yenisey"lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
Matça ehtiyat oyunçular skamyasında başlayan Şeydayev 80-ci dəqiqədə Sergey Kornilenkonun yerinə oyuna daxil olub. 23 yaşlı hücumçu 81-ci dəqiqədə komandasının 4-cü qoluna imza atıb.  
Bu nəticədən sonra "Krılya Sovetov" turnir cədvəlində 21 xalla 13-cü pillədə qərarlaşıb. "Yenisey" isə 11 xalla sonuncu - 16-cı yerdədir.
Qeyd edək ki, Ramil Şeydayev ötən turda "Lokomotiv"lə görüşdə komandasını məğlubiyyətdən xilas edən qola imza atıb. 



Baxış sayı: 335


Bölməyə aid digər xəbərlər