Bütün xəbərlər
Rusiya ən böyük qızıl ehtiyatlarına malik ilk beş ölkəyə daxil olub
Tarix: 16-03-2025 16:01 | Bölmə: Karusel

Rusiya ən böyük qızıl ehtiyatlarına malik ölkələrin reytinqində beşinci yeri tutub, RBC yazır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, bu il martın 1-nə Rusiyanın qızıl ehtiyatlarının dəyəri rekord həddə - 217,4 milyard dollar təşkil edib. Bundan əlavə, bu tarixdə qızılın qızıl-valyuta ehtiyatlarında payına görə 25 illik rekord yenilənərək 34,4%-ə çatıb. Göstərici yalnız 1999-cu il noyabrın 1-də bu səviyyədən yüksək olmuşdur – 39,7%.
Mərkəzi bankların, Sent-Luis Federal Ehtiyat Bankının, Beynəlxalq Valyuta Fondunun, eləcə də Dünya Bankının və Dünya Qızıl Şurasının məlumatlarına görə, 2024-cü ilin dekabrına ən böyük metal ehtiyatı ABŞ-dadır (8,13 min ton). Ən böyük qızıl ehtiyatına malik ölkələrin reytinqində ikinci yerdə Almaniya (3,35 min ton), üçüncü yerdə İtaliya (2,45 min ton), dördüncü yerdə Fransa (2,44 min ton), Rusiya (2,34 min ton) ilk beşliyi tamamlayır.
Sonrakı yerdə 2,28 min ton qızılla Çin, İsveçrə (1,04 min ton), Hindistan (0,88 min ton), Yaponiya (0,85 min ton) və Hollandiya (0,61 min ton) gəlir.
İsveçrənin UBS maliyyə holdinqinin ekspertlərinin fikrincə, bu il müxtəlif ölkələrin mərkəzi bankları qızıl ehtiyatlarını davam etdirəcək və onun alışının həcmi 900 tona çatacaq.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər