Bütün xəbərlər
Yamal tundrasında uşaqların ölümü ilə bağlı iş açılıb
Tarix: 16-03-2025 14:26 | Bölmə: Karusel

Yamal bölgəsində müstəntiqlər Novoportovskaya tundrasında iki azyaşlı uşağın ölümü ilə bağlı cinayət işi açıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Yamalo-Nenets" Muxtar Dairəsi İstintaq Komitəsinin Teleqram kanalında bildirildiyi kimi, ilkin məlumatlara görə, martın 14-də axşam saatlarında 4 nəfərdən ibarət ailə Buran qar arabası ilə Yar-Sale kəndindən Yaroto 1 gölünün yaxınlığındakı çuma doğru yola düşüb. Yolda qar arabası xarab olub və ailə tundrada kirşədə gecələyib.
Martın 15-də səhər saatlarında valideynlər övladlarını həyat əlaməti olmayan aşkar ediblər. Ehtimal olunur ki, ölüm hipotermi səbəbindən baş verib.
Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb.
Hazırda hadisə yerinə baxış keçirilir, mərhumun valideynləri dindirilir. Hadisənin bütün hallarının müəyyən edilməsi üçün əməliyyat-istintaq tədbirləri təyin edilib.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər