Bütün xəbərlər
Krımda baş verən yanğında iki nəfər ölüb
Tarix: 15-03-2025 13:06 | Bölmə: Karusel

Krımda fərdi evdə baş verən yanğında iki nəfər ölüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ekspertlər hadisənin başvermə şəraitini araşdırır.
Yanğın martın 14-də cümə günü Krasnoqvardeyski rayonunun Vidnoye kəndində fərdi yaşayış evində başlayıb. Xilasedicilər yanğını söndürdükdən sonra 1977-ci il təvəllüdlü qadın və 1964-cü il təvəllüdlü kişi meyitini aşkar ediblər.
"100 kvadratmetr ərazini əhatə edən yanğın 13 nəfər və 4 texnika ilə söndürülüb", - Rusiya Fövqəladə Hallar Nazirliyinin Krım Respublikası üzrə Baş İdarəsi bildirib.
İlkin versiyaya görə, faciəyə səbəb siqaret çəkərkən yanğınla ehtiyatsız davranma olub.İstintaqı istintaq orqanları aparır, onun gedişinə rayon prokurorluğu nəzarət edir.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər