Bütün xəbərlər
Şimali Osetiya rəhbəri pilotsuz uçuş aparatları ilə bağlı xəbərdarlıq rejiminin tətbiq edildiyini açıqlayıb
Tarix: 15-03-2025 10:02 | Bölmə: Karusel

Şimali Osetiyada pilotsuz uçuş aparatlarının (PUA) hücum təhlükəsi vəziyyəti tətbiq edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə regionun rəhbəri Sergey Menyailo özünün Telegram kanalında məlumat verib.
O, respublika sakinlərindən sakit olmağı və yalnız rəsmi məlumatlara inanmağı xahiş edib. Hazırda bölgədə operativ qərargah fəaliyyət göstərir, Menyailo vurğulayıb.
"Pilotsuz təhlükə rejimi tətbiq edilib", - nəşr yazır.
Hələlik əlavə məlumat verilməyib.
Bundan bir qədər əvvəl Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bildirmişdi ki, bölgənin iki rayonunda iri PUA hücumunun dəf edilməsi zamanı hava hücumundan müdafiə qüvvələri və növbətçi elektron döyüş sistemləri 15 pilotsuz uçan aparatı məhv edib.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər