Bütün xəbərlər
Miqrasiya İdarəsinin əməkdaşı rüşvətə görə həbs edilib
Tarix: 14-03-2025 22:48 | Bölmə: Karusel

Moskvanın Doroqomilovski Rayon Məhkəməsi Miqrasiya Məsələləri Departamentinin əməkdaşını vəzifəli şəxs tərəfindən rüşvət alma işi (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsi) üzrə həbs edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
“Müstəntiqin Yelena Vladimirovna Arxipova barəsində 01 ay 22 gün müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatəti təmin edilib”, - mətbuat xidmətinin məlumatında deyilir.
İstintaqla müəyyən edilib ki, qadın Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Miqrasiya Departamentinin baş mütəxəssis-eksperti olmaqla, onu almaq üçün heç bir qanuni əsası olmayan xarici vətəndaşa pasport verilməsinə görə rüşvət alıb.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər
9-03-2025, 18:26 İnzibati bina yanır