Bütün xəbərlər
Lukaşenko Moskvaya rəsmi səfərə gəlib
Tarix: 13-03-2025 11:46 | Bölmə: Karusel

Belarus prezidenti Aleksandr Lukaşenkonun təyyarəsi Moskvanın Vnukovo hava limanına enib, BELTA agentliyi xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, səfəri rəsmi statusa malik olduğundan Belarus liderini hava limanında fəxri qarovul dəstəsi qarşılayıb. Bundan başqa, hava limanında hər iki ölkənin himnləri səsləndirilib.
Rusiya prezidenti Vladimir Putin və Lukaşenko arasında danışıqlar martın 13-də Kremldə baş tutacaq. İki ölkə liderləri əvvəlcə fərdi, daha sonra nümayəndə heyətlərinin üzvləri ilə geniş tərkibdə görüşəcəklər. Danışıqların yekununda bir sıra sənədlərin imzalanması gözlənilir.
Daha əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Lukaşenko ilə görüşdən sonra keçiriləcək mətbuat konfransında Vladimir Putin yəqin ki, Ukrayna məsələsi ilə bağlı danışacaq – hər şey jurnalistlərin suallarından asılıdır.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər
9-03-2025, 18:26 İnzibati bina yanır