Bütün xəbərlər
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin keçmiş prezidenti Dutertenin həbsinə order verib
Tarix: 11-03-2025 21:19 | Bölmə: Karusel

Beynəlxalq Cinayət Məhkəməsi Filippinin keçmiş prezidenti Rodriqo Dutertenin insanlığa qarşı cinayətlərdə ittiham olunaraq həbsinə order verdiyini təsdiqləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təşkilatın nümayəndələri aydınlaşdırıblar ki, siyasətçi 2011-2019-cu illərdə Filippində törədilmiş qətllərdə şübhəli bilinir.
"Şübhəli şəxs BCM-də nəzarətə götürüldükdən sonra ilkin dinləmə təyin olunacaq.Müvafiq müddətdə əlavə məlumat veriləcək", - BCM əlavə edib.
Rodriqo Duterte daha əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında Manila hava limanında saxlanılıb. BCM siyasətçidən narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə kampaniyası zamanı on minlərlə həmyerlisini edam etməkdə şübhələnir.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər
9-03-2025, 18:26 İnzibati bina yanır