11:05 / 10-03-2025
Yanan anbarın damı uçub
18:26 / 09-03-2025
İnzibati bina yanır
Bütün xəbərlər
Dizayner Lebedev Amerika vətəndaşlığını zərərli adlandırıb
Tarix: 10-03-2025 14:06 | Bölmə: Karusel

Dizayner və bloqer Artemy Lebedev ABŞ vətəndaşlığını dünyada ən əlverişsiz hallardan biri hesab etdiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “VKontakte” sosial şəbəkəsində Lebedev Amerika prezidenti Donald Trampın “qızıl” yaşayış icazələrinin verilməsi təşəbbüsünü şərh edib.
"Bunun nə üçün lazım olduğu aydın deyil; bu, dünyanın ən əlverişsiz vətəndaşlıqlarından biridir. Amma ola bilsin ki, bu, kiməsə lazımdır", - bloqer bildirib.
Tramp daha əvvəl “qızıl” daimi sakinlər kimi tanınan əcnəbilərə immiqrasiya vizalarının satışı proqramına başlamaq planlarını açıqlamışdı. Onları 5 milyon dollara almaq olar. Amerika lideri etiraf edib ki, “qızıl” yaşayış icazəsinin potensial alıcıları sırasında rusiyalı iş adamları da ola bilər.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər
Dünən, 18:26 İnzibati bina yanır