Bütün xəbərlər
Narkoman yaşlı ananı boğub
Tarix: 10-03-2025 10:58 | Bölmə: Karusel

Saxalində kişi qoca anasına hücum edərək onu yalın əlləri ilə boğub. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyasının bölgə üzrə İstintaq Komitəsinin məlumatına görə, o, cinayəti törədən zaman narkotikdən sərxoş vəziyyətdə olub.
Qətl martın 3-də günorta saatlarında Xolmski rayonunun Pravda kəndində baş verib. Müstəntiqlərin fikrincə, oğul 73 yaşlı qadının boynundan tutub və həyat əlamətləri görünməyənə qədər sıxıb. Motiv “qəfildən yaranan şəxsi düşmənçilik” olub.
Qətl faktı ilə bağlı cinayət işi açılıb. Təqsirləndirilən şəxs istintaq təcridxanasına göndərilib.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər