20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Moskvaya uçan "Utair" təyyarəsi sərnişinin xəstə olması səbəbindən Saratovda eniş edib
Tarix: 09-03-2025 23:16 | Bölmə: Karusel

Daşkənddən Moskvaya uçan “Utair” aviaşirkətinə məxsus təyyarədə olan sərnişinlərdən biri xəstələndikdən sonra Saratov şəhərinin Qaqarin hava limanına planlaşdırılmamış eniş edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Aviaincident" Telegram kanalının məlumatına görə, hadisə martın 7-də axşam saatlarında baş verib. Uçuş zamanı ekipaj tibbi yardıma ehtiyacı olan sərnişin barədə məlumat verib. Planlaşdırılmamış enişlə bağlı qərar qəbul edilib və təyyarə üçün təcili yardım çağırılıb.Təcililik və qəza siqnalı ötürülməyib.
Təyyarə Saratov hava limanına enib və həkimlər sərnişinə yardım edib. Bundan sonra təyyarə təyinat yerinə - Moskvanın Vnukovo hava limanına yola düşüb.



Baxış sayı: 247


Bölməyə aid digər xəbərlər