18:26 / 09-03-2025
İnzibati bina yanır
Bütün xəbərlər
İstintaq Komitəsi: Altay diyarının Zavyalovski rayonunun başçısı Feninin qatili xəstəxanada ölüb
Tarix: 09-03-2025 17:21 | Bölmə: Karusel

Altay diyarının Zavyalovski rayonunun başçısı Nikolay Onişşenkonu qətlə yetirməkdə şübhəli bilinən Anatoli Fenin xəstəxanada ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS agentliyi Rusiya Federasiyasının Altay ərazisi üzrə İstintaq Komitəsinə istinadən məlumat yayıb. Qeyd olunur ki, Fenin martın 9-da günorta saatlarında dünyasını dəyişib.
2025-ci il martın 4-də 45 yaşlı Anatoli Fenin kafenin yanında pusquda duran Zavyalovski rayonunun 51 yaşlı rəhbəri Nikolay Onişenkonu MP-155 ov tüfəngi ilə güllələyib. Həbs zamanı Fenin intihara cəhd edib.
İlkin məlumatlara görə, faciəyə səbəb şübhəlinin Altay diyarının Zavyalovski rayonu administrasiyasının gənclərlə iş üzrə komitəsinin rəhbəri vəzifəsindən azad edilməsidir.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər
Dünən, 18:26 İnzibati bina yanır