Bütün xəbərlər
Polşa kaset sursatları və piyada əleyhinə minalara dair konvensiyalardan çıxa bilər
Tarix: 07-03-2025 18:15 | Bölmə: Karusel

Polşa kasetli sursatları və piyada əleyhinə minaları qadağan edən konvensiyalardan çıxa bilər, ölkənin baş naziri Donald Tusk bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, bu, Polşanın təhlükəsizliyini artırmaq üçün lazımdır.
Tusk Seymdə (Polşa parlamentinin aşağı palatası) deyib: "Mən Müdafiə Nazirliyinin rəhbərindən öz fikrini bildirməyi xahiş etmişəm və müsbət cavab tövsiyə edəcəyəm ki, Polşa Ottava Konvensiyasından və ola bilsin Dublin Konvensiyasından çıxsın. Mən burada piyada əleyhinə minalar və kasetli sursatlardan danışıram".
Piyada Əleyhinə Minaların Qadağası Konvensiyası 1997-ci ildə Ottavada imzalanıb və 164 ölkə üzvdür. Kassetli sursatları qadağan edən Dublin Konvensiyası 2010-cu ildə qüvvəyə minib və 124 tərəf var.



Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər