22:37 / 16-04-2026
105 yaşında vəfat edib
Bütün xəbərlər
Hindistan Rusiya ilə tank mühərrikləri almaq üçün 248 milyon dollarlıq müqavilə imzalayıb
Tarix: 07-03-2025 18:11 | Bölmə: Karusel

Hindistan Müdafiə Nazirliyi və “Rosoboroneksport” T-72 tankları üçün mühərriklərin alınması üçün 248 milyon dollarlıq müqavilə imzalayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyinin saytında məlumat verilib.
T-72 Hindistan Ordusunun tank donanmasının əsasını təşkil edir və hazırda 780 at gücündə mühərriklə təchiz edilir.
“Müdafiə Nazirliyi “Rosoboroneksport" şirkəti ilə T-72 tankları üçün 1000 at gücünə malik mühərriklərin alınması üçün 248 milyon ABŞ dolları məbləğində müqavilə imzalayıb”, - məlumatda qeyd olunur.
Mühərriklər Hindistana tam yığılmış, tam sökülmüş və yarı sökülmüş vəziyyətdə gətiriləcək.
“Avadanlığın Rusiya mühərrikləri ilə təchiz edilməsi döyüş meydanında tankların hərəkətliliyini və ölkə ordusunun hücum imkanlarını artıracaq”, - Hindistan Müdafiə Nazirliyi qeyd edib.
Bu ilin fevral ayında BƏƏ-də IDEX-2025 silah və hərbi texnika sərgisi keçirilib. Bu il Uralvaqonzavod T-90M Proryv tankının ixrac versiyasını təqdim etdi. Hava hücumundan müdafiə sistemləri, yüngül atıcı silahlar və pilotsuz uçuş aparatları da nümayiş etdirilib. Rusiya silah ixracında lider mövqeyini təsdiqləyən təxminən 70 milyard dollarlıq müqavilələr imzalayıb.
Korporasiyanın rəhbəri Sergey Çemezov bildirib ki, “Rosoboroneksport”un sifariş portfeli 60 milyard dolları ötür.



Baxış sayı: 180


Bölməyə aid digər xəbərlər