Bütün xəbərlər
Türkiyə 53 milyon rublu mənimsəməkdə ittiham olunan Rusiya vətəndaşını ekstradisiya edib
Tarix: 07-03-2025 18:01 | Bölmə: Karusel

Ankara saxta sənədlərdən istifadə etməklə 53 milyon rublu mənimsəməkdə ittiham edilərək beynəlxalq axtarışa verilmiş Rusiya vətəndaşını ekstradisiya edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
Volk xəbər verir ki, martın 7-də Türkiyənin İstanbul şəhərinin hava limanında yerli hüquq-mühafizə orqanlarının əməkdaşları beynəlxalq axtarışda olan Rusiya vətəndaşını Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosunun əməkdaşlarına təhvil veriblər.
"Kişi xüsusilə böyük miqyasda dələduzluqda ittiham olunur", o əlavə edib.
Onun sözlərinə görə, 2016-cı ildən 2017-ci ilə qədər cinayətkar faktiki olaraq kommersiya təşkilatlarının fəaliyyətini idarə edərək saxta sənədlər hazırlayıb və sonra Xabarovsk diyarı üzrə Federal Xəzinədarlıq Departamentinə təqdim edib.
"Dələduzluq hərəkətləri nəticəsində 53 milyon rubldan çox pul oğurlanıb", - agentlik nümayəndəsi vurğulayıb.
2019-cu ilin fevral ayında bu faktla bağlı maddənin 4-cü hissəsi ilə cinayət işi açılıb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi ilə təqsirləndirilən şəxs beynəlxalq axtarışa verilib. 2025-ci ilin əvvəlində həmin şəxs xaricdə saxlanılıb.



Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər