22:37 / 16-04-2026
105 yaşında vəfat edib
Bütün xəbərlər
Polşa voleybol klubu ruslarla oynamamaq üçün turniri tərk edib
Tarix: 07-03-2025 14:05 | Bölmə: Karusel

Polşanın "Suvalki" voleybol klubu BƏƏ-də keçiriləcək beynəlxalq turnirdə iştirak etməmək qərarını açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, imtina səbəbi yarışda Rusiyadan – Moskvanın “Dinamo” və Novokuybışevskdən “Nova” komandalarının iştirak etməsi olub.
Polşanın "Suvalki" klubu BƏƏ-də keçiriləcək voleybol turnirindən imtina etmək qərarına gəlib.
Yarış martın 12-dən 20-dək Dubayda keçiriləcək. Bundan əvvəl Ümumrusiya Voleybol Federasiyası Rusiya komandalarının son üç ildə Rusiya klubları üçün ilk beynəlxalq yarış olacaq Nad Al Şeba İdman Turnirində iştirakını təsdiqləyib.
“Suvalki” izah edib ki, həlledici amil Rusiya komandalarının turnirdə iştirakıdır. Partnyorlarla – Polşa Voleybol Assosiasiyası və Polşa Voleybol Liqası ilə məsləhətləşmələrdən sonra Polşa voleybol ictimaiyyətinin mövqeyini dəstəkləmək və turnirdə iştirakdan imtina etmək barədə qərar qəbul edilib.



Baxış sayı: 199


Bölməyə aid digər xəbərlər