Bütün xəbərlər
Deputatı çəkiclə öldürməyə hazırlaşan yeniyetmənin həbsinin müddəti uzadılıb
Tarix: 07-03-2025 13:05 | Bölmə: Karusel

Saratov məhkəməsi deputatı öldürməyə hazırlaşdığına görə həbs edilən 16 yaşlı yeniyetmənin həbs müddətini aprelin 12-dək uzadıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, gənc cinayətin silahı kimi çəkic seçib.
Gənc naməlum şəxslərin göstərişi ilə hərəkət edib. Şübhəli şəxs tikinti alətini götürərək deputatın evinə getsə də, deputat orada olmadığı üçün oranı tərk edib.
Gənc yanvarın 11-də saxlanılıb. RİA Novosti-nin müxbiri məhkəmə zalından xəbər verir ki, o, məmuru öldürməyə hazırlaşmaqda ittiham olunur.
“Onu... bir ay müddətinə, ümumilikdə isə üç aya qədər, yəni aprelin 12-si daxil olmaqla, həbsdə saxlasın”, - deyə, hakim bildirib.
Xəbərdə deputatın adı açıqlanmır, lakin Ukrayna xüsusi xidmət orqanlarının ona qarşı sui-qəsd hazırladığı məlumdur.
Yeniyetmə məhkəmədə bildirib ki, həbs olunmazdan əvvəl təhsil almayıb, restoranda aşpaz işləyib və əvvəllər məhkumluğu olmayıb.



Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər