Bütün xəbərlər
Putin Darçievi Rusiyanın ABŞ-dakı səfiri vəzifəsinə təsdiqləyib
Tarix: 06-03-2025 11:31 | Bölmə: Karusel

Rusiya prezidenti Vladimir Putin Aleksandr Darçiyevin Rusiyanın ABŞ-dakı səfiri təyin edilməsi haqqında fərman imzalayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının müvafiq fərmanı hüquqi aktların rəsmi dərci portalında dərc olunub. Fərman cümə axşamı, martın 6-da imzalanıb.
“Aleksandr Nikitiç Darçiyev Rusiya Federasiyasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda, Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Rusiya Federasiyasının Amerika Dövlətləri Təşkilatı yanında Daimi Müşahidəçi təyin edilsin”, - sənəddə deyilir.
Aleksandr Darçiyev bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin rəhbəri vəzifəsini tutub.
Fevral ayında Rusiya Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, ABŞ Darçiyevin Rusiya səfiri təyin edilməsinə dair razılaşma ilə nota təqdim edib. Departamentdən bildirilib ki, Amerika tərəfi notanı fevralın 27-də İstanbulda iki ölkənin diplomatik nümayəndəliklərinin işinin normallaşdırılması məsələləri üzrə nümayəndə heyətləri arasında məsləhətləşmələr zamanı verib.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər
3-03-2025, 22:41 Metroda tüstü