20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Bankı qarət edərək bir milyon rubl götürüb
Tarix: 06-03-2025 11:23 | Bölmə: Karusel

Xabarovskda tapança ilə silahlanmış şəxs bir milyon rubl üçün bankı qarət edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarın şəxsiyyətini müəyyənləşdirir.
Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən TASS-a verilən məlumata görə, martın 6-da hücumçu maliyyə qurumunun binasına soxularaq əməkdaşlarını silahla hədələyib.
"Daxili İşlər Nazirliyinin Xabarovsk şəhəri üzrə 1 saylı Polis İdarəsinin növbətçi hissəsinə bank filialına silahlı basqın edilməsi barədə məlumat daxil olub", - idarədən bildirilib.
Hüquq-mühafizə orqanları soyğunçunun tutulması istiqamətində kompleks tədbirlər həyata keçirir.



Baxış sayı: 168


Bölməyə aid digər xəbərlər