14:28 / 05-03-2025
Adəm Məmmədov həbs edildi
Bütün xəbərlər
Azərbaycan milli komandasının sabiq futbolçusu Moskvada dələduzluq ittihamı ilə həbs edilib
Tarix: 05-03-2025 21:47 | Bölmə: Karusel

Moskvanın Preobrajenski Məhkəməsi Azərbaycan milli komandasının sabiq futbolçusu Abdulla Abatsiyevi xüsusilə külli miqdarda dələduzluqda ittiham edərək həbs edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qeyd olunduğuna görə, məhkəmə istintaqın vəsatətini təmin edərək Abatsiyevi 2025-ci il martın 17-dək istintaq təcridxanasına göndərib. Bu barədə RİA Novosti məhkəmə sənədlərinə istinadən xəbər verir.
Bir sıra KİV-lərin məlumatına görə, 31 yaşlı Abdulla Abatsiev 2025-ci il yanvarın 24-də saxlanılıb. İstintaqın məlumatına görə, onun iştirak edə biləcəyi cinayət yanvarın 15-də baş verib. Həmin gün təcavüzkarlar qurbana zəng edərək, özlərini FSB və Mosenergosbyt işçiləri kimi təqdim ediblər və təqaüdçünü kuryerə 14 milyon rubl verməyə razı salıblar. İlkin məlumatlara görə, həmin kuryer məhz Abatsiev olub.
Kişi xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi), bu da 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Abatsiev "qocaların əmlakına qarşı qrup şəklində ağır cinayət törətməkdə" ittiham olunur.
31 yaşlı Abdulla Abatsiyev Azərbaycanın gənclərdən ibarət yığmalarının sabiq futbolçusudur, yarımmüdafiəçi mövqeyində çıxış edib. O, Azərbaycan gənclər yığmasında altı, Azərbaycan millisində isə bir oyun keçirib.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər
3-03-2025, 22:41 Metroda tüstü