22:41 / 03-03-2025
Metroda tüstü
Bütün xəbərlər
Dostunu güllələməyə cəhd edən cinayətkar saxlanılıb
Tarix: 03-03-2025 22:56 | Bölmə: Karusel

Moskvada dostunu avtomobildə bir neçə dəfə güllələyən şəxs saxlanılıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, faktla bağlı cinayət işi açılıb.
Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi məlumat yayıb. Qeyd olunur ki, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 1-ci hissəsi ("Öldürməyə cəhd") və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222-ci maddəsinin 1-ci hissəsi ("Odlu silahın qanunsuz dövriyyəsi") ilə cinayət işi açılıb.
Müstəntiqlərin məlumatına görə, hadisə 2025-ci il martın 3-də Moskvanın Verxnie Polya küçəsindəki yaşayış binasının yaxınlığında baş verib. Şübhəli şəxs avtomobildə olarkən dəyişdirilmiş tapançadan dostuna bir neçə dəfə atəş açıb.Zərərçəkmiş maşından düşə bilib. O, xəstəxanaya aparılıb.
Hazırda şübhəli şəxslə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. Onun barəsində cinayət işi açılıb, barəsində həbs-qətimkan tədbiri seçiləcək.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər
Dünən, 22:41 Metroda tüstü
27-02-2025, 10:25 450 kv.m anqar yanırdı