Bütün xəbərlər
Putin Tatarıstan Respublikasının rəhbəri Minnixanovla görüşüb
Tarix: 03-03-2025 16:29 | Bölmə: Karusel

Rusiya prezidenti Vladimir Putin Kremldə Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanovla görüşüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüntülər “Rossiya 24” telekanalında nümayiş etdirilib.
Əsas müzakirə mövzuları SVO, regionda sənaye və tikinti, eləcə də dinlərarası əməkdaşlıq olub.
"Bu gün ən vacib məsələ SVO-dur. Ümumilikdə, biz bütün sahələr üzrə müxtəlif tapşırıqlar üçün artıq 36 milyarddan çox vəsait ayırmışıq. Bizim adları çəkilən batalyonlarımız işləyir. Biz həm istirahət edənlərlə, həm də geri qayıdanlarla işləyirik", - siyasətçi bildirib.
Tatarıstan rəhbəri prezidentə bildirib ki, respublikada 15 Rusiya Qəhrəmanı var, onlardan yeddisi ölümündən sonra bu adı alıb, respublikanın 1829 sakini “İgidliyə görə” ordeni ilə təltif edilib.
Tatarıstandan olan döyüşçülərə birdəfəlik ödəniş 2,8 milyon rubla qədər artırılıb.



Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər