Bütün xəbərlər
Kamensk-Uralskidəki avtoyuma məntəqəsində tələbə qızlara işgəncə verən şəxs artıq yeniyetmələri qaçırmışdı
Tarix: 01-03-2025 22:51 | Bölmə: Karusel

Sverdlovsk vilayətinin Kamensk-Uralski şəhərindəki avtoyuma məntəqəsində tələbə qızları döyməkdə və işgəncə verməkdə ittiham olunan şəxslərdən biri əvvəllər də insanları qaçırmışdı.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, istintaqın müəyyən etdiyi kimi, 2024-cü ilin dekabrında o, azyaşlı oğlan və qızı eyni otağa bağlayıb və döyüb.
TASS-ın Rusiya Federasiyasının region üzrə İstintaq Komitəsinə istinadən verdiyi xəbərə görə, 21 yaşlı şübhəli yeniyetmələri yaşadıqları mənzildən götürərək avtoyuma məntəqəsinə aparıb və onlara qarşı fiziki zorakılıq tətbiq edib. Qaçırılan 2007 və 2008-ci il təvəllüdlü şəxslər yalnız ertəsi gün sərbəst buraxılıblar. Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsin təkbaşına yox, 19 yaşlı şəriki ilə hərəkət etdiyini düşünür.
Yanvarın 3-də üç oğlan 17 və 18 yaşlı qızları avtoyuma məntəqəsinə bağlayıb. Orada tələbə qızlar hər cür zorakılığa məruz qalıb, onlara su töküb döyüblər. Gənclər adam oğurluğu, xuliqanlıq və seksual xarakterli hərəkətlər etməyə məcbur etmə maddələri ilə ittiham olunublar.
O da məlumdur ki, sadistlər təhqirləri videoya çəkiblər. Bu, onların dostu polis bölməsinə gətirildikdən sonra məlum olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları oğlanın telefonunu yoxlayıb və videoları aşkar ediblər.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər
27-02-2025, 10:25 450 kv.m anqar yanırdı