Bütün xəbərlər
Abxaziyada seçki məntəqəsinə hücum nəticəsində iki nəfər yaralanıb
Tarix: 01-03-2025 22:46 | Bölmə: Karusel

Martın 1-də Abxaziyada prezident seçkilərinin keçirildiyi seçki məntəqəsinə hücum nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Abxaziya Mərkəzi Seçki Komissiyasının sədri Dmitri Marşan məlumat verib.
Abxaziya Baş Prokurorluğunun məlumatına görə, təxminən iyirmi silahlı şəxs Qaqra vilayətinin Tsandripş şəhər tipli qəsəbəsindəki məktəbdə açılmış seçki məntəqəsinə hücum edib. Cinayətkarlar seçki qutusunu zədələyərək hadisə yerindən qaçıblar.
"Myuseri postunda silahlı şəxsləri saxlamağa cəhd edən zaman hüquq-mühafizə orqanları sərt cavab verib və polisə tabe olmayan hücumçular onlara atəş açıblar. Abxaziya Respublikasının iki vətəndaşı xəstəxanaya aparılıb", - TASS Marşanın sözlərini sitat gətirir.
Abxaziyada keçirilən prezident seçkilərinin ikinci turunda respublika rəhbəri vəzifəsinə Badra Qunba və Adqur Ardzinba namizəd olublar.



Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər
27-02-2025, 10:25 450 kv.m anqar yanırdı