Bütün xəbərlər
Ayın asteroidlə toqquşmasından sonra Yerə meteor yağışı düşə bilər
Tarix: 01-03-2025 22:34 | Bölmə: Karusel

YR4 asteroidinin Ay ilə toqquşması planetimizdə meteor yağışına səbəb ola bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Keldış adına Tətbiqi Riyaziyyat İnstitutunun elmi işçisi, astronom Leonid Elenin deyib.
TASS agentliyinə müsahibəsində o, 2032-ci ilin dekabrında baş verə biləcək hadisələrin belə inkişafı ehtimalının hazırda alimlər tərəfindən 1% qiymətləndirildiyini və getdikcə azaldığını açıqlayıb.
"(Ayla) toqquşma Yer üçün təhlükəli ola bilər, çünki orada güclü partlayış baş verə bilər, təxminən 8 meqaton enerji buraxılacaq. Ayda atmosfer yoxdur, cazibə qüvvəsi azdır, ona görə də atılan bütün tullantılar sonda planetimizə düşə bilər", - Elenin bildirib.
Bundan əvvəl Amerika kosmik agentliyi NASA YR4-ün Yerlə toqquşma ehtimalını 3,1%-ə çatdırmışdı. Daha əvvəl NASA bildirmişdi ki, YR4 planetimizlə toqquşma ehtimalı 1%-dən çox olan yeganə məlum asteroiddir.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər
27-02-2025, 10:25 450 kv.m anqar yanırdı