Bütün xəbərlər
Almaniya Zelenskinin mövqeyini Tramp qalmaqalından sonra məhv edilmiş adlandırır
Tarix: 01-03-2025 11:02 | Bölmə: Karusel

ABŞ prezidenti Donald Trampla Kiyev rejiminin başçısı Vladimir Zelenski arasında şifahi mübahisə sonuncu üçün fəlakətə çevrilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu qiymətləndirməni Almaniyanın "Focus" nəşrinə müsahibəsində Köln Universitetinin professoru Tomas Yaqer verib.
Ekspert vurğuladı ki, Zelenskinin bundan sonrakı hərəkətləri üçün heç bir variantı qalmayıb, ona ultimatum verilib.
"Onun edə biləcəyi başqa heç nə yoxdur. O, ancaq ümid edə bilər ki, avropalılar hələ də Trampa təsir edə biləcəklər. Amma mən bunun real strategiya olduğunu düşünmürəm", - Yaqer izah edib.
Professor əlavə edib ki, Trampla Ukrayna məsələlərində konstruktiv dialoqa ümidlər Zelenskinin səfər zamanı davranışı ilə puç olub.
Bundan əvvəl Çin Xarici Əlaqələr Universitetinin professoru Li Haidong "Global Times"də hadisə ilə bağlı öz qiymətini verib. O qeyd edib ki, qalmaqal münaqişənin həlli məsələsində Vaşinqton və Kiyev arasında dərin fikir ayrılıqlarını üzə çıxarıb.



Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər
27-02-2025, 10:25 450 kv.m anqar yanırdı