Bütün xəbərlər
PKK yaraqlıları Türkiyə ilə atəşkəs elan edib
Tarix: 01-03-2025 10:57 | Bölmə: Karusel

Türkiyədə qadağan olunmuş terror qruplaşması olan Kürdüstan Fəhlə Partiyasının (PKK) liderləri atəşkəs elan ediblər.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onlar təşkilatın qurucusu Abdullah Öcalanın istədiyi kimi silahı yerə qoyacaqlar. Bu barədə Türkiyənin "AHaber" telekanalı məlumat yayıb.
Öcalan PKK üzvlərini silahlarını yerə qoymağa və təşkilatı dağıtmağa çağırıb. Partiya komitəsi bu kursu dəstəkləmək qərarına gəlib.
"AHaber" PKK komitəsindən sitat gətirir: "Biz (Öcalanın) çağırışının məzmunu ilə razıyıq və bəyan edirik ki, onun tələblərini öz tərəfimizdən müşahidə edib həyata keçirəcəyik. Şənbə günündən etibarən atəşkəs elan edirik".
Partiyanın qurucusu və lideri Abdulla Öcalan 1984-cü ildə Türkiyəyə qarşı silahlı mübarizəyə başlayıb. O, 1999-cu ildə həbs edilib və ömürlük həbs cəzasına məhkum edilib.
Daha əvvəl məlumat verilmişdi ki, 75 yaşlı Öcalan perspektivləri yalnız demokratik dialoqda gördüyü üçün yoldaşlarını silahı yerə qoymağa çağırıb.
"CNN Türk" xəbər verir ki, Türkiyə hökuməti PKK-nın buraxılmasının iki-üç ay çəkəcəyini gözləyir.
Prezident Rəcəb Tayyib Ərdoğan Kürdüstan Fəhlə Partiyasının qərarını şərh edib: “Türkiyədə terrorsuz tarixin yeni səhifəsi açılıb".
Kürd silahlı qruplaşmaları Türkiyədə siyasi fəaliyyət göstərməsinə icazə veriləcəyi təqdirdə silahı yerə qoymağa hazırdır.



Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər
27-02-2025, 10:25 450 kv.m anqar yanırdı