Bütün xəbərlər
Putindən müsahibə alacağına söz verən bloqer Fridman Moskvaya səfər edəcəyini açıqlayıb
Tarix: 28-02-2025 20:15 | Bölmə: Karusel

Rusiya prezidenti Vladimir Putindən müsahibə alacağına söz verən amerikalı bloqer və jurnalist Leks Fridman Moskvaya getdiyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Bloqer Rusiya paytaxtına səfərinin tarixi və məqsədini açıqlamayıb.
"(Hindistanın baş naziri Narendra) Modi ilə müsahibədən sonra mən Moskvaya gedirəm", - Fridman Telegram kanalında yazıb.
Bloqer daha əvvəl Rusiyaya səfər etməyi və dövlət başçısından müsahibə almağı planlaşdırdığını bildirib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Fridmana müsahibə verə bilər.
Yanvarın sonunda Fridman bloqerlə müsahibə zamanı Putini və Rusiya xalqını təhqir edən Kiyev rejiminin rəhbəri Vladimir Zelenskini tənqid edib.




Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər
27-02-2025, 10:25 450 kv.m anqar yanırdı