10:25 / 27-02-2025
450 kv.m anqar yanırdı
Bütün xəbərlər
İğtişaşların 5 iştirakçısına hökm oxunub
Tarix: 27-02-2025 22:28 | Bölmə: Karusel

Stavropolun Andropovski Rayon Məhkəməsi Mahaçqala hava limanında iğtişaşların beş iştirakçısına hökm oxuyub.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cinayəti törədənlərə 8 ildən 10 ilədək həbs cəzası verilib.
Təqsirləndirilən şəxslər kütləvi iğtişaşlarda və nəqliyyat infrastrukturu obyektlərində təhlükəsizlik tələblərinin pozulmasında təqsirli biliniblər.
“Məhkəmə zərərçəkmiş şəxslərin dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı mülki iddialarını da tam təmin edib”, - deyə, məhkəmənin mətbuat xidmətindən bildirilib.
Stavropol məhkəmələri 2023-cü ilin oktyabrında Mahaçqalanın Uytaş hava limanında baş vermiş iğtişaşlarla bağlı onlarla müttəhimə qarşı cinayət işlərinə baxır. TASS xəbər verir ki, hökmlərin bəziləri artıq çıxarılıb.
Prokurorluğun daha əvvəl bildirdiyi kimi, iğtişaşçılar hava limanının 24 milyon rubldan çox dəyərində əmlaka ziyan vurub və məhv ediblər.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər