Bütün xəbərlər
Rusiya və ABŞ diplomatları ABŞ-ın İstanbuldakı baş konsulluğunun iqamətgahında görüşəcək
Tarix: 27-02-2025 10:36 | Bölmə: Karusel

Rusiya və Amerika diplomatlarının görüşü ABŞ-ın İstanbuldakı baş konsulunun iqamətgahında baş tutacaq, bu barədə VGTRK-nın müxbiri Leyla Əlnəzərova “Rossiya 24” telekanalının efirində məlumat verib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, jurnalistin sözlərinə görə, görüş Moskva vaxtı ilə üst-üstə düşən yerli vaxtla səhər saat 10:00 radələrində baş tutacaq.
"Rusiya və amerikalı diplomatlar arasında görüşün ABŞ-ın İstanbulun Arnavutköy rayonundakı baş konsulluğunun iqamətgahında yerli vaxtla səhər saat 10 radələrində baş tutacağı gözlənilir", - Əlnəzərova bildirib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və ABŞ nümayəndələrinin İstanbuldakı görüşünün səfirliklərin işinə həsr olunacağını bildirmişdi.



Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər