19:36 / 25-02-2025
Xalq artisti vəfat edib
Bütün xəbərlər
Qəyyum 5 yaşlı uşağı acından öldürüb
Tarix: 26-02-2025 09:28 | Bölmə: Karusel

Kamçatkada 44 yaşlı qəyyum 5 yaşlı qızı aclıqdan öldürüb, qadın nəzarətə götürülüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Regional İstintaq Komitəsi (İK) məlumat yayıb.
Qadın Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin "b", "d" bəndinə ("Yetkinlik yaşına çatmayan şəxsin öldürülməsi, xüsusi amansızlıqla törədilməsi") əsasən ittiham olunur. 
İstintaqın məlumatına görə, qadın qəyyum olmaqla uşağın anadangəlmə xəstəliyi barədə məlumatlı olub və lazımi tibbi tövsiyələrlə tanış olub. Bununla belə, təqsirləndirilən şəxs 2024-cü ilin martından 2025-ci ilin yanvarına qədər qızcığazı orqanizmin normal fəaliyyəti üçün zəruri olan adekvat qidalanmadan sistemli şəkildə məhrum edib, həkimlərin tövsiyələrinə əməl etməyib və uşaqda aşkar yorğunluq əlamətlərinə məhəl qoymayıb. Bütün bunlar kaxeksiyaya (orqanizmin həddindən artıq tükənməsi. - Red.), orqanizmin zəifləməsinə və pnevmoniyaya səbəb olub. Azyaşlı tibb müəssisəsində dünyasını dəyişib.
"Hazırda iş üzrə törədilmiş cinayətin bütün hallarının müəyyən edilməsi, sübut bazasının toplanması və təmin edilməsinə yönəlmiş istintaq və digər prosessual hərəkətlər aparılır", - İstintaq Komitəsinin məlumatında deyilir.





Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər