Bütün xəbərlər
Yanğın zamanı 7 yaşlı qız xəsarət alıb
Tarix: 25-02-2025 23:12 | Bölmə: Karusel

Luqanskda çoxmərtəbəli binada baş verən yanğında 7 yaşlı qız xəsarət alıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, uşaq tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Yanğın Stalinqrad Qəhrəmanları məhəlləsindəki binanın mənzillərindən birində başlayıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ana qızı tək qoyub və o, fenini rozetkaya taxılı qoyub və bu da yanğına səbəb olub.
Alov səbəbindən girişdə güclü tüstü yaranıb. Hadisə yerinə gələn xilasedicilər evin 10 sakinini, o cümlədən bir yaşlı uşaqı təxliyyə ediblər. 15 kvadratmetr sahədə yanğın söndürülüb. Şöbə uşaqları nəzarətsiz qoymamağın nə qədər vacib olduğunu xatırladıb.



Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər