Bütün xəbərlər
Vatikan: Papanın vəziyyəti ağır, lakin stabil olaraq qalır
Tarix: 25-02-2025 23:08 | Bölmə: Karusel

Müqəddəs Taxt-Tacın mətbuat xidməti xəstəxanaya yerləşdirilən Papanın vəziyyəti ilə bağlı məlumat yayıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Vatikanın dediyinə görə, Fransisin vəziyyəti ağır, lakin stabil olaraq qalır.
Həkimlər hələ ki, katolik kilsəsinin başında hər hansı kəskin tənəffüs epizodunu müşahidə etməyiblər.
"Hemodinamik parametrlər qorunub saxlanılır. Papanın vəziyyəti ilə bağlı proqnoz ehtiyatlı olaraq qalır", - məlumatda deyilir.
Nəzarət məqsədi ilə axşam saatlarında planlaşdırılmış KT müayinəsindən keçdi.
Bundan əvvəl Roma Papasında böyrək çatışmazlığı əlamətləri aşkarlanıb. O, ikiqat pnevmoniya diaqnozu ilə xəstəxanada müalicə olunur.



Baxış sayı: 201


Bölməyə aid digər xəbərlər