19:36 / 25-02-2025
Xalq artisti vəfat edib
Bütün xəbərlər
Moskva məhkəməsi TikTok-u 3,5 milyon rubl cərimələyib
Tarix: 25-02-2025 19:39 | Bölmə: Karusel

Moskvanın Taqanski Məhkəməsi TikTok xidmətinin sahibi olan şirkəti 3,5 milyon rubl məbləğində cərimələyib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Telegram-da Moskva şəhərinin ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
Tik Tok Pte. Ltd sosial şəbəkə sahibinin vəzifələrini yerinə yetirmədiyinə görə məsuliyyətə cəlb edilib.
"3,5 milyon rubl məbləğində inzibati cərimə şəklində inzibati cərimə tətbiq edilib", - mətbuat xidməti bildirib.
Fevralın əvvəlində Taqanski məhkəməsi Telegram messencerini rusların şəxsi məlumatlarını ictimai sahəyə yerləşdirdiyinə görə 240 min rubl cərimələyib.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər