19:36 / 25-02-2025
Xalq artisti vəfat edib
Bütün xəbərlər
STV: BOK rusları və belarusları 2026-cı il Oyunlarının seçiminə buraxılmağa çağırır
Tarix: 25-02-2025 19:33 | Bölmə: Karusel

Beynəlxalq Olimpiya Komitəsi (BOK) qış idmanı federasiyalarını Rusiya və Belarus idmançılarının 2026-cı il Qış Olimpiya Oyunlarına vəsiqə qazanmasına icazə verməyə çağırıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İsveçin STV telekanalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, BOK Rusiya və Belarus idmançılarını 2022-ci ildə yarışlardan kənarlaşdıran Beynəlxalq Biatlon İttifaqı və Beynəlxalq Xizək və Snoubord Federasiyası ilə əlaqə saxlayıb.
“Onlar açıq şəkildə bildirirlər ki, neytral idmançıların Qış Olimpiya Oyunlarında iştirakına imkan verəcək həll yolu tapmaq istəyirlər”, - kanalın mənbəsi bildirib.
2024-cü ilin dekabrında Rusiya Federasiyasından sürətli konkisürmə, şort-trek, fiqurlu konkisürmə və xizəklə alpinizmi təmsil edən idmançıların qarşıdan gələn Qış Olimpiya Oyunlarında iştirakına icazə verildi. 2018-ci ildən etibarən Rusiya idmançıları Oyunlarda neytral bayraq altında yarışırlar.
BOK 2026-cı ilin fevralında İtaliyada keçiriləcək 25-ci Olimpiya Oyunlarında iştirak etmək üçün fevralın əvvəlində milli Olimpiya komitələrinə və aparıcı idmançılara dəvət göndərib.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər