Bütün xəbərlər
Şimali Osetiyanın keçmiş başçısının qızının ad günü gecəsi atışma ilə başa çatıb
Tarix: 25-02-2025 16:34 | Bölmə: Karusel

Şimali Osetiyada fevralın 24-nə keçən gecə “Tivoli Park” restoranında respublikanın keçmiş rəhbəri Tamerlan Ağuzarovun qızı, 27 yaşlı Diana Aquzarovanın ad günü mərasimində kütləvi dava baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, qarşıdurma ofisiantın döyülməsi ilə başlayıb və əlbəyaxa davaya çevrilib. Hadisə yerinə gələn polis idman silahlarından 9 ədəd patron götürüb.
"Baza" Telegram kanalının məlumatına görə, əvvəllər qətl törətməkdə təqsirli bilinən və ilkin məlumatlara görə, Cako (Qaqiev) dəstəsi ilə əlaqəli olan 39 yaşlı Taimuraz B. saxlanılıb.



Baxış sayı: 178


Bölməyə aid digər xəbərlər