21:31 / 24-02-2025
Sevgilisini eyvandan atıb
Bütün xəbərlər
Kriminal avtoritet 8 ildən çox həbs cəzasına məhkum edildi
Tarix: 24-02-2025 15:00 | Bölmə: Karusel

Novosibirsk vilayət məhkəməsi kriminal rəis Andrey Qavrilenkonu 8 il 4 ay müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda və ekstremist qruplaşmanın fəaliyyətini təşkil etməkdə təqsirli bilinib.
Həmçinin məhkuma üç il müddətində rəhbər vəzifələr tutmaq, ictimai birlik və təşkilatların fəaliyyətində iştirak etmək qadağan edilir.
Departamentdən bildirilib ki, Qavrilenkonun qanunsuz fəaliyyəti Rusiyanın Novosibirsk vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti tərəfindən müəyyən edilərək dayandırılıb.
Məhkəmə iclası bağlı qapılar arxasında keçirilib. Hökm hələ qüvvəyə minməyib.
“Kommersant” yazır ki, Qavrilenko 2022-ci ilin əvvəlindən regionda kriminal mühitə rəhbərlik edib və Sankt-Peterburqda saxlanılıb.İkinci cinayət işi məhbuslar arasında qadağan edilmiş “AUE” ekstremist təşkilatının ideologiyasının yayılması ilə bağlıdır.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər