Bütün xəbərlər
Yaşayış binasında baş verən yanğınla əlaqədar 35 nəfər təxliyə edilib
Tarix: 23-02-2025 15:02 | Bölmə: Karusel

Yekaterinburqun Elmaş rayonunda üçmərtəbəli yaşayış binasında yanğın baş verib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Sverdlovsk vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin Telegram-kanalında bildirildiyinə görə, binadan 35 nəfər təxliyə edilib.
Qeyd olunur ki, yanğın Krasnoflotsev və Staçek küçələrinin küncündə, qismən boşalmış binanın ikinci və üçüncü mərtəbələrində başlayıb. Yanğın 200 kvadratmetr ərazini əhatə edib.
Binanın yaşayış hissəsindən 35 nəfər təxliyə edilib. Fövqəladə hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının söndürülməsinə 58 yanğınsöndürən və 16 ədəd xüsusi texnika cəlb olunub.
Sakinlərin sözlərinə görə, fövqəladə hadisə binada məskunlaşan və elektrik şəbəkəsinə icazəsiz qoşulan evsiz insanlar səbəbindən baş verə bilərdi.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər