Bütün xəbərlər
Dubayın vəliəhdi “Bürc-Xəlifə”dən paraşütlə tullanıb
Tarix: 22-02-2025 20:08 | Bölmə: Karusel

BƏƏ baş nazirinin müavini və müdafiə naziri, Dubayın vəliəhdi Şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl Məktum dünyanın ən hündür göydələni olan Dubaydakı “Bürc-Xəlifə”dən paraşütlə tullanıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, sosial şəbəkədəki səhifəsində tullananın videosunu yayıb.
Tullanma ilk dəfə 2014-cü ildə keçirilən “Bürc-Xəlifə” Paraşütlə Tutma Festivalı çərçivəsində edilib. Bunun üçün xüsusi olaraq göydələnin 139-cu mərtəbəsinin eyvanından 12 metr kənara çıxan platforma hazırlanıb.
Şahzadə ilə birlikdə 15 ölkədən 31 idmançı sıçrayış edib.Onların arasında Dubayda Rezidentura və Xaricilərlə İş üzrə Baş İdarəsinin əməkdaşı leytenant Əhməd Əl Şehhi də var.
Əmirliyin "Gulf News" nəşrinin məlumatına görə, iki gün ərzində idmançılar ümumilikdə 437 tullanma həyata keçiriblər.



Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər