Bütün xəbərlər
Moskva hərbi xoru “Siqma-boy” mahnısını ifa etdi
Tarix: 22-02-2025 10:27 | Bölmə: Karusel

Moskvanın hərbi xoru gənclərin məşhur “Siqma-boy” mahnısını yenidən hərbi üslubda ifa edib, bu barədə “Rus baharının hərbi müxbirləri” Telegram kanalı trekin yeni versiyası ilə video yayımlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, video Vətən Müdafiəçiləri Günü ərəfəsində lentə alınıb.
Qeyd olunur ki, videoya baxan ruslar bunun “Vətənin müdafiəsinə bütün gücü ilə dayanan” əsl “Siqma-boy” haqqında mahnı olması ilə razılaşıblar.
Xatırladaq ki, mahnının orijinalını 12 yaşlı iki məktəbli qız ifa edir. Yanvar ayında kompozisiya dünyanın əsas hit paradına - Billboard-a daxil oldu və burada kateqoriyalardan birində yeddinci yeri tutdu. Bu trek sosial şəbəkələrdə yayıldı və Ukraynada mahnı rus təbliğatı adlandırıldı. Kiyev hakimiyyətinin fikrincə, bu kompozisiya “geniş informasiya müharibəsinin bir hissəsidir”.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər