Bütün xəbərlər
Pentaqon 5400 mülki işçini işdən çıxarmağa hazırlaşır
Tarix: 22-02-2025 09:43 | Bölmə: Karusel

ABŞ Müdafiə Nazirliyi bildirir ki, Pentaqonda sınaq müddəti keçən təxminən 5400 mülki işçi işdən çıxarılacaq və işə qəbul dayandırılacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Pentaqon səmərəliliyi artırmaq üçün kadr ehtiyaclarını təhlil etmək istəyir. Hazırda Pentaqonda 900 minə yaxın işçi çalışır.
"Biz bu ilkin səylərin bir hissəsi olaraq gələn həftədən etibarən təxminən 5,400 sınaq müddətində işləyən işçinin işdən çıxarılmasını gözləyirik"-  Pentaqon deyib.
İşə qəbul da müvəqqəti olaraq dayandırılacaq.
Ümumilikdə Pentaqonun işçilərinin 5-8% ixtisar edilməsi planlaşdırılır, yəni ixtisar on minlərlə insana təsir edə bilər.
Bundan əvvəl ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Pentaqonun 800 milyard dollardan çox büdcəsinin səmərəsiz olduğunu bildirib.
“The Washington Post”un yazdığına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası ölkənin Müdafiə Nazirliyinə növbəti 5 il ərzində büdcəni hər il 8% azaltmaq planlarını hazırlamağı tapşırıb.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər