Bütün xəbərlər
Qırğızıstan və Tacikistan sərhəd müqaviləsi imzalayıb
Tarix: 21-02-2025 20:38 | Bölmə: Karusel

Qırğızıstan və Tacikistan sərhədin delimitasiyası haqqında saziş imzalayıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS-ın Qırğızıstan Nazirlər Kabinetinə istinadən məlumatına görə, sazişi Bişkekdə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev və Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Saimumin Yatimov imzalayıblar.
2025-ci ilin yanvarında Qırğızıstan prezidenti Sadır Japarov “Kabar” dövlət xəbər agentliyinə müsahibəsində bildirmişdi ki, sənəd imzalandıqdan sonra iki ölkənin xarici işlər nazirləri onu təsdiq etməli, parlamentlər isə ratifikasiya etməlidir.
"Qırğızıstan Respublikası ilə Tacikistan arasında sərhədin delimitasiyası haqqında protokol imzalanıb. Sənədi Qırğızıstan tərəfdən Taşiyev, Tacikistan tərəfdən Yatimov imzalayıb", - mətbuat xidmətinin nümayəndəsi bildirib.
2024-cü ilin dekabrında Taşiyev və Yatimov Batkendə də görüşüblər və orada sərhədin qalan hissələri ilə bağlı tam razılıq əldə ediblər. Taşiyev həmin günün tarixi sayıla biləcəyini qeyd edərək əlavə edib ki, sərhədin daha da rəsmiləşdirilməsi qanuni addımlar və parlamentlərdə ratifikasiya gözləyir. O, yaxın aylarda məsələnin nəhayət həll olunacağına əminliyini ifadə edib.
2024-cü ilin mayında Qırğızıstanla Tacikistan sərhədində silahlı insident baş verib. Sərhədçilərin məlumatına görə, mayın 7-də Batken rayonunun Ak-Bosoqo kəndi yaxınlığında Tacikistan vətəndaşları dövlət sərhədindən təxminən 300 metr aralıda Qırğızıstan tərəfində mal-qara otararkən görüntülənib.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər