Bütün xəbərlər
Avtobloger sürücülük hüququ olmadan avtomobil idarə etdiyinə görə 15 sutka həbs edilib
Tarix: 21-02-2025 16:00 | Bölmə: Karusel

Qalmaqallı avtobloger Eldarxan Mamayev vəsiqəsiz maşın sürdüyü üçün 15 sutka həbs edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Moskva ümumi yurisdiksiya məhkəmələrinin Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, Moskva şəhərinin 210 saylı məhkəmə dairəsi sülh kollegiyasının hökmü ilə Mamayev 15 sutkalıq həbs cəzasına məhkum edilib (Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 12.7-ci maddəsinin 2-ci hissəsi, “Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan sürücü tərəfindən nəqliyyat vasitəsini idarə etmək”).
Əvvəllər Mamaevin avtomobil idarə edərkən qanunsuz hərəkətləri, o cümlədən sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməsi barədə internetdə çoxsaylı məlumatlar yayılmışdı. Mamayev bu yaxınlarda özünün və dostlarının BMW markalı avtomobili paytaxtda Patriarx gölməçəsinin səkiləri ilə sürdüyü videonu yayıb. Xuliqan piyadaları qorxudub, ona irad bildirməyə çalışan insanları siqnal verib və hədələyib.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər